Fidan suriyalı nazirlərlə görüşüb | FOTO

Fidan suriyalı nazirlərlə görüşüb |    FOTO
  13 Avqust 2025    Oxunub:836
Türkiyənin xarici işlər Hakan Fidan Ankarada Suriyanın bir sıra hökumət nümayəndəsi ilə görüş keçirib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ankarada Hakan Fidanın qəbuluna gələnlər arasında suriyalı həmkarı Əsəd Həsən Şeybani, müdafiə naziri Mürhəf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin direktoru Hüseyn Əs-Səlamə var.

Tərəflər qarşılıqlı və regional məsələlər ətrafında müzakirələr aparıblar.

Xatırladaq ki, Hakan Fidan avqustunn 7-də Suriyaya səfərə yollanmış, bu ölkənin keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ilə görüşmüşdü. Onlar Bəşər Əsəd rejiminin devrilməsindən etibarən artan Türkiyə-Suriya münasibətləri ətrafında fikir mübadiləsi aparmışdılar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Suriya   nazir   görüş  



Xəbər lenti